“ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Vaşinqton Kiyevə əlavə silah tədarük etsə də, Rusiya münaqişədə üstünlüyünü qoruyub saxlayır”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” Ağ Evdəki adı açıqlanmayan yüksək vəzifəli məmura istinadən məlumat yayıb.
“Prezident Rusiyanın qalib gələcəyinə inanır, yeganə sual bunun nə qədər vaxt aparacağıdır”, – mənbə nəşrə bildirib.
O, izah edib ki, Rusiya iqtisadiyyatı, hərbi və insan resurslarının həcminə görə Ukraynanı üstələyir:
“Ruslar yavaş-yavaş olsa da, irəliləyirlər. Tramp sadəcə insan ölümlərini dayandırmaq istəyir”.
Əliyar Xəlil
Globalinfo.az