İsrail ordusuna məxsus hərbi helikopter Qəzza zolağının Rəfah bölgəsi istiqamətində qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qəza nəticəsində iki nəfər həlak olduğu, 7 nəfər yaralandığı bildirilir.
Hadisənin təfərrüatları ilə bağlı məlumat verilmir.