Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla əməkdaşlığın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsində əsas rol oynaya biləcəyini söyləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Paşinyan hesab edir ki, bu istiqamətdə nəticə əldə etməyin ən səmərəli yolu Bakı və İrəvan arasında birgə fəaliyyətin gücləndirilməsidir. O, Azərbaycan Prezidenti İlham Əliyevlə Dublində keçirilən görüş zamanı da bu məsələnin müzakirə olunduğunu vurğulayıb.
“Tərəflər itkin düşmüş şəxslərlə bağlı əməkdaşlığın daha sistemli və institusional əsasda qurulması imkanlarını ətraflı nəzərdən keçiriblər”, – məlumatda bildirilir.
Safura Bənnayeva
Globalinfo.az