usakov

“Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Şençjendə baş tutan görüşündə Ukrayna münaqişəsi və Moskva-Vaşinqton münasibətlərinin gələcəyi ətrafında fikir mübadiləsi aparılıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. 

Onun sözlərinə görə, danışıqlar müsbət atmosferdə keçib və Putin görüşü yüksək əhval-ruhiyyədə tərk edib. Uşakov əlavə edib ki, bu təmas Çin lideri Si Cinpinlə nəzərdə tutulan üçtərəfli görüşə hazırlıq məqsədi də daşıyıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: