Bərdədə tanınmış həkim Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Fərid Qasımovu vuraraq öldürüb.
Globalinfo.az bildirir ki, Oxu.Az F.Qasımovun fotosunu əldə edib.
Qeyd edək ki, A.Həsənova Bərdə Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Doğum evində mama-ginekoloq vəzifəsində çalışır.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.