putin gulur1

“Qərb Rusiya-Ukrayna müharibəsinin dondurulması variantını nəzərdən keçirir”.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb.

Agentlik iddia edir ki, Qərb bu variantı təsdiqləsə, Rusiya Prezidenti Vladimir Putinin əlinə oynaya bilər:

“Putin tükətmə müharibəsini dəstəkləməkdə davam edir. O inanır ki, Qərb əvvəl-axır Ukraynaya yardımı dayandıracaq. Atəşkəs Rusiyaya imkan verəcək ki, öz sıralarını yenidən bərpa etsin və yeni hücuma hazırlaşsın. Hadisələrin belə inkişafı Ukraynaya beynəlxalq dəstəyi zəiflədəcək. Bəzi Qərb müttəfiqləri indidən Ukraynaya maliyyə yardımının dayandırılması üçün bəhanə axtarırlar. Məsələn, Almaniya Ukraynaya yardımı gələn il azaltmağı planlaşdırır”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: