Ukrayna MN itkilərinin sayını açıqladı

“İtkilərimiz 9 min nəfərdən çoxdur”.

Globalinfo.az bildirir ki, “Report”un “RBK Ukraina”ya istinadən verdiyi xəbərə görə, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

O bildirib ki, bu, dəqiq rəqəm deyil: “Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil”.

A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:

“Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır”.