6b068bcdebea06b068bcdebea117955911176b068bcdebe9d6b068bcdebe9f

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budrisin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 25-də Şəhidlər xiyabanını ziyarət edib.

Globalinfo.az xəbər verir ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram bildirilib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

“Millətinin gələcəyi uğrunda həyatını itirənlərin xatirəsini ehtiramla yad edirik. Onların fədakarlığı Azərbaycan xalqının dözümlülüyünün və qətiyyətinin əbədi simvolu olaraq qalır”, – Budris “X” hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanın ağrısı və dözümlülüyü Litvada da dərindən əks-səda doğurur. Budris Azərbaycan və Litvanın azadlıq və suverenlik uğrunda mübarizə ilə formalaşmış ortaq tarixə malik olduğunu vurğulayıb.

6b068bcdd19686b068bcdd196917955911176b068bcdd19656b068bcdd1966 6b068bcdabc326b068bcdabc3317955911176b068bcdabc306b068bcdabc31 6b068bcd85c346b068bcd85c3517955911176b068bcd85c316b068bcd85c33

Paylaş: