
ABŞ Prezidenti Donald Tramp Şükranlıq Günü münasibətilə iki hinduşkanı əfv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
“Bu gün əfv edəcəyim hinduşkaların adları Azadlıq və Lələklərdir. Daha yaxşı adlar eşitmişəm. Bunlar bir qədər qəribə səslənir. (…) Onlara tam, mütləq və qeyd-şərtsiz əfv verirəm. Yəni onlar ömürlərinin sonuna qədər yaşayacaqlar”, – deyə ABŞ lideri bildirib.
Mərasim zamanı “əfv” üçün seçilmiş iki hinduşkadan biri Trampdan qaçaraq uzaqlaşıb.
Safura Bənnayeva
Globalinfo.az