Ukrayna tərəfi “Dostluq” neft kəmərinə hücum etdiklərini etiraf edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda hədəflərdən birinin məhz neft kəməri olduğu və hücumun Ukrayna SQ tərəfindən icra edildiyi qeyd olunur.
Xatırladaq ki, martın 11-nə keçən gecə Rusiya ordusu Ukraynaya məxsus 343 dron zərərsizləşdirib. Bu, 2025-ci ildə Rusiyaya qarşı qeydə alınan ən kütləvi dron hücumudur.
Aysel Əliyeva