
Ukrayna ordusuna məxsus PUA yaralı rus əsgərə kömək edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” görüntü yayıb.
Məlumata görə, PUA rusiyalı hərbçilərin mövqeyinə hücumdan sonra sağ qalanların axtarışı ilə məşğul olarkən sözügedən yaralı əsgəri aşkar edib. PUA onun olduğu yerə əl bombası atsa da, rusiyalı əsgər həyatda qala bilib. O, daha sonra sürünərək gizləndiyi yerdən çıxıb və öldürülməməsini istəyib. PUA-nı idarə edən operator yaralı əsgərə su və səngərdən Ukrayna mövqelərinə tərəf necə gedə biləcəyinə dair qeyd göndərib.
Rusiyalı əsgər bu yardımın qarşılığında təşəkkür edib və dronu izləyərək Ukrayna mövqelərinə tərəf gedib və onlara təslim olub.