Bolqarıstan hökuməti Ukraynaya əlavə hərbi yardım göstərilməsinin dayandırılması barədə qərar qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Nova TV” məlumat yayıb. Bildirilib ki, ölkənin yeni rəhbərliyi bundan sonra Kiyevə silah və hərbi texnika göndərilməsinin planlaşdırılmadığını açıqlayıb.
Rəsmi Sofiya münaqişənin hərbi deyil, siyasi və diplomatik vasitələrlə həllinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Hökumət nümayəndələri bildiriblər ki, Bolqarıstan bundan sonra diqqətini sülh təşəbbüslərinə və beynəlxalq diplomatik səylərə yönəltmək niyyətindədir.
Tahir Turan
Globalinfo.az