Rusiyada yaşayan təqaüdçülərin sayı açıqlanıb.
Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, ölkədəki təqaüdçülərin sayı artıq 40,5 milyonu keçib. Nəşr Rusiya Sosial Fondunun məlumatlarına istinad edib.
“1 sentyabr 2026-cı il tarixinə əsasən ölkədə təqaüdçülərin sayı 40,519 milyon nəfər olub”, – məlumatda qeyd edilib.
Məqalədə o da vurğulanıb ki, son 12 ayda Rusiyada həm işləyən, həm də işləməyən vətəndaşlar üçün orta pensiya məbləği artıb.
Bu ilin sentyabr ayında pensiya 25.469 rubl təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 23.520 rubl təşkil edib.