“Ukraynaya müharibəni davam etdirmək üçün kifayət qədər silah çatdırılıb”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Silah tədarükü dayandırıldıqdan sonra belə, ukraynalılar aylarla döyüşə bilərlər”, – deyə o bildirib.
Peskov qeyd edib ki, Qərbin Ukraynaya göstərdiyi hərbi dəstək münaqişənin uzanmasına səbəb olur və vəziyyəti daha da gərginləşdirir.
Bundan əlavə, Kreml nümayəndəsi amerikalı sahibkar İlon Maskın Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi rabitənin kəsilməsi ilə bağlı mümkün vəziyyətə reaksiya verib. Peskov hesab edir ki, bu halda Kiyev tez bir zamanda alternativ kommunikasiya variantları tapacaq.
Günay Rəsulqızı
Globalinfo.az