Ukrayna 3 istiqamətdən hücuma keçdi: Yaralılar var

owl detail 620 5e08da64b7765836fdac36cb588164f4

Ukrayna Silahlı Qüvvələri (AFU) pilotsuz təyyarələrlə Rusiyanın bir neçə bölgəsinə hücum etməyə cəhd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi (MN) teleqramda məlumat yayıb.

Məlumata görə, hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində üç, Smolensk və Kursk vilayətləri üzərində isə bir pilotsuz uçan aparatı məhv edib.

Hücumlara Moskva vaxtı ilə 18:00-20:00 arasında cəhd edilib.

Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Şebekino şəhərində kimyəvi zavoda hücum edib. Hücum zamanı iki nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Tahir Turan

Globalinfo.az