İsrail ordusu Qəzza zolağına həyata keçirdiyi zərbələr və bundan sonra da baş verəcək hücumlar barədə ABŞ tərəfinə əvvəlcədən məlumat verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid məlumat paylaşıb.
Onun sözlərinə görə, xəbərdarlıq ABŞ-ın bölgədəki komandanlıq mərkəzi – atəşkəs rejiminə nəzarət edən qərargah vasitəsilə həyata keçirilib.
Ravid qeyd edib ki, İsrail bu barədə məlumat versə də, Vaşinqtondan hər hansı icazə almayıb:
“İsrail tərəfi HƏMAS-a cavab zərbələri endirmək üçün ABŞ-dan icazə istəməyib. Onlar sadəcə zərbələr barədə xəbərdarlıq edib. Bundan sonra da zərbə endiriləcəyi istisna deyil”.
Tahir Turan
Globalinfo.az