094c9653bc517b6

Türkmənistanın dövlət aviaşirkəti Moskvaya uçuşların yönünü dəyişib. 

Globalinfo.az xəbər verir ki, “Türkmənistan” dövlət aviaşirkəti bundan sonra Moskvadan Aşqabada sərnişinlərin daşınmasının İstanbul üzərindən həyata keçiriləcəyini bildirib. Bununla belə Moskvadan İstanbula daşımaları “Türkmənistan” aviaşirkətinin həyata keçirməyəcəyi vurğulanıb. Bunun üçün üçüncü tərəfin cəlb olunacağı bildirilib.

Qeyd edək ki, bundan öncə İsrailin “El Al” aviaşirkəti Rusiyaya uçuş məhdudiyyətini mart ayın qədər uzatdığını açıqlamışdı.

Globalinfo.az

Paylaş: