Türkiyənin iki vilayətində zəlzələ oldu

Türkiyədə iki vilayətində – Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb.

Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə qeydə alınıb.