68877edd99d4868877edd99d49175371030168877edd99d4668877edd99d47

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün APA Media Qrupun qonağı olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında media sahəsində əməkdaşlıq imkanları və birgə informasiya təşəbbüsləri müzakirə olunub.

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı səfir Birol Akgünə rəhbərlik etdiyi media qurumunun fəaliyyəti, strukturu və nəzdində fəaliyyət göstərən informasiya platformaları barədə ətraflı məlumat verib.

Vüsalə Mahirqızı, həmçinin, iki ölkənin media quruluşları arasında müxtəlif platformalarda əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb, bu kontekstdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı ola biləcəyini vurğulayıb.

Öz növbəsində, səfir Birol Akgün AzərbaycanTürkiyə münasibətlərinin bütün sahələrdə olduğu kimi, media və informasiya mübadiləsi sahəsində də strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Diplomat bildirib ki, hər iki ölkənin media qurumları arasında sıx təmaslar, təcrübə və informasiya mübadiləsi regional və beynəlxalq informasiya siyasətində ortaq maraqların qorunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Səfir qeyd edib ki, media sahəsində koordinasiyalı fəaliyyət, birgə təşəbbüslər və informasiyanın obyektiv, zamanında yayılması iki qardaş ölkə arasında strateji tərəfdaşlığın mühüm dayaqlarından biridir.

Görüşdə regionda və dünyada gedən proseslər fonunda dezinformasiya ilə mübarizə və gələcək əməkdaşlıq mexanizmləri barədə də fikir mübadiləsi aparılıb.

68877edd7fa1168877edd7fa12175371030168877edd7fa0e68877edd7fa10 68877edd769fd68877edd769fe175371030168877edd769fb68877edd769fc 68877edd8886c68877edd8886d175371030168877edd8886a68877edd8886b 68877edda270568877edda2706175371030168877edda270368877edda2704 68877edd9135f68877edd91360175371030168877edd9135d68877edd9135e

Paylaş: