rt 011

ADSEA-nın İri Şəhərlərin Su Təchizatı intensiv yağışlar zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Globalinfo.az xəbər verir ki, xüsusən payız və qış aylarında tullantı və yağış suları şəbəkələrinin daim təmizlənməsi intensiv yağışlar zamanı suların ətraf ərazilərdə toplanmasının qarşısının alınmasına müsbət təsir göstərir.

Yağışlardan öncə verilən proqnoz əsasında sukanal idarələri həssas nöqtələrdə, təyin olunmuş yerlərdə fasiləsiz xidmət göstərərək suların ətraf ərazilərdə toplanmasının qarşısını alırlar.

Körpülərin altında, küçə və prospektlərdə, qəsəbədaxili ərazilərdə yağış sularının idarə olunması işləri intensiv aparılır.

Xətlərin açılması, suların çəkilməsi və mövcud xətlərə yönləndirilməsi işləri icra olunur. Proseslərə müxtəlif funksiyaya malik texniklar da cəlb edilib. Ərazilərin yağış sularından təmizlənməsi və axıntıların kollektorlara yönləndirilməsi istiqamətdə işləri davam etdirilir.

2d9c0d18 38ec 486b b77e 4b7149e15e17
8d752ad3 b31d 4036 89dc d3bf92c118a9
f767e9e0 803d 4789 80c2 c654c31d4ecb
725b3ad8 8a66 43ed a1a2 f7ad2d31a74d
eefd09fb 9eb7 4b9c ae42 9766cd5e6e24
a857541d bbc2 41f5 ad0b 76cbdf383a8c
f19064ab 190c 4ee1 9763 083bdee47c8e
f39ec116 3a9d 452f a45e 8aff0ce1b220

Paylaş: