Türkiyəli aktyor döyüş səhnəsi çəkilərkən yaralandı

Türkiyənin tanınmış aktyoru Tolqahan Sayışman “Barbaros Hayreddin: Sultanın Fermanı” serialında döyüş səhnəsi zamanı xəsarət alıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, topuğu əzilən və əli bir neçə yerdən kəsilən aktyor xəstəxanaya yerləşdirilib.

Müalicə olunan sənətçinin vəziyyətinin yaxşı olduğu bildirilir.

Hadisə ilə əlaqədar serial çəkilişlərinə üç gün fasilə verilib.