Türkiyədəki zəlzələdə ölənlərin sayı 24 mini ötdü – YENİLƏNİB

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 24 617 nəfərə çatıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 22 327 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 80 278 nəfərə çatıb.

Həmçinin təbii fəlakət nəticəsində 6 444 bina dağılıb.

***18:01

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 848 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Şanlıurfada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 80 104 nəfər yaralı var.

***15:42

Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Diyarbəkirdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, 80 097 nəfər yaralı var.

***15:57

Türkiyədə zəlzələdə ölənlərin sayı 20 937 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

80 088 nəfər xilas olunub. Zəlzələ bölgəsindən 102 388 nəfər təxliyə olunub.

***09:52

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.

Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

***09:05

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 318 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 91 511 nəfər yaralanıb.

Qeyd olunub ki, aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 80 088 şəxs dağıntılar altından xilas edilib.