1780125994 1779436566 ozgur ozelden kemal kilicdarogluna ilk yanit ovl4 cover

Türkiyədə Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində gərginlik davam edir. Ötən gün partiya üzvləri toplanmağa cəhd etsələr də, məhkəmə qərarı ilə geri dönən sədr Kamal Kılıçdaroğlunun iştirak məsələsi narazılıq yaradıb.

Həmçinin Kılıçdaroğlunun tərəfdarı olduğu bildirilən partiya üzvü Mansur Yavaş da onu ictimai narazılığı nəzərə almağa və doğru qərar verməyə çağırıb. Hazırda növbəti seçkilərdə hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qarşı çıxarıla biləcək bir neçə şəxsin adı çəkilsə də, müxalif düşərgədə hələlik birmənalı dəstək qazanan namizəd görünmür.

CHP növbəti seçkilərə qədər tez bir zamanda toparlanaraq vahid cəbhədə birləşə biləcəkmi? Bu gedişlə AKP-yə qarşı namizəd kimi kimin irəli sürüləcəyi də müzakirə mövzusudur.

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Ədalət və İnkişaf Partiyasının (AKP) məqsədi CHP-nin seçkilərə qədər parçalanmasıdır:

“Kamal Kılıçdaroğlunun ön plana çıxarılması da buna xidmət edir. Köhnə komandanın yenidən onun ətrafında birləşməsi və yeni bir cinahın formalaşması hədəflənir. Lakin Kılıçdaroğlunun ətrafında formalaşan bu qrupun CHP-yə ciddi təsir göstərə biləcəyini düşünmürəm. CHP-nin formalaşmış elektoratı var və onlar partiyanı müdafiə etmək gücündədirlər. Maksimum səviyyədə çalışacaqlar ki, seçilmiş sədr Özgür Özəlin ətrafında birləşsinlər. İqtidarın dəstəyi ilə geri gətirilən Kılıçdaroğlunun vəzifədə saxlanılması qəbuledilməzdir.

zeynal serh
Zeynal Əmrəliyev

CHP elektoratı buna etiraz edəcək. Özgür Özəl partiyanın parlament qrupunun rəhbəri seçilib və deputat korpusunu idarə etməyə çalışacaq. Rəsmi rəhbərlik Kılıçdaroğlunda olsa da, faktiki olaraq idarəetmə Özəlin əlindədir. Deputatlar və bələdiyyə rəhbərləri də əsasən onun mövqeyinə uyğun hərəkət edirlər. Mansur Yavaş isə birləşdirici fiqur kimi ön plana çıxır. Kılıçdaroğlu tərəfi də Yavaşa hörmət edir və onun profilinin daha da önə çıxarılmasına çalışır. Yavaşın isə belə bir səhvə yol verəcəyini düşünmürəm. O, Kılıçdaroğluna xəbərdarlıq edərək elektoratın səsinə qulaq asmağı və partiya işlərinə müdaxiləni azaltmağı tövsiyə edib.

Kılıçdaroğlunun hazırkı mövqeyi seçkilərə qədər partiyanın başında qalmaqdır. Lakin mümkün qədər CHP-nin hakimiyyətə qarşı irəli sürəcəyi namizədin Prezident Rəcəb Tayyib Ərdoğan və digər rəqiblər qarşısında qalib gəlmək şansının zəif olmasına çalışılır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: