Sərnişin avtobusu körpüdən çaya düşdü – VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində sərnişin avtobusu idarəetməni itirərək körpüdən Moika çayına düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə  qubernator Aleksandr Beqlov bildirib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, şəhər rəhbərliyi, təcili tibbi yardım xidmətləri və Səhiyyə Komitəsinin əməkdaşları cəlb edilib.

Hazırda yaralananlara ilkin tibbi yardımın göstərildiyi bildirilir.

“izvestiya”nın məlumatına görə, hadisə nəticəsində ölənlər var.

Ayşən Mustafa
Globalinfo.az