Türkiyədə İrana casusluq edən azərbaycanlılar saxlanıldı – YENİLƏNİB

polis turkiy%C9%99 1

Türkiyə mediasında həbs xəbəri yayılan Seymur Rzayevin video müraciəti yayılıb.

Globalinfo.az bildirir ki, video müraciətində o həbs edilmədiyini deyib.

Qeyd edək bu gün Türkiyənin məşhur xəbər saytları İrana casusluq etməkdə təqsirləndirilən dəstənin ifşa olunduğunu yazıb.

Saxlanılanların arasında iki azərbaycanlının olduğu bildirilib.

Onlardan biri də Seymur Rzayevdir.

***13:35

Türkiyənin Milli İstihbarat Təşkilatı İranın casus şəbəkəsini zərərsizləşdirib. Həbs edilənlər arasında azərbaycanlılar da var.

Globalinfo.az xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, onların adları Hikmət Əliyev və Seymur Rzayevdir.

Bu şəxslərin pilotsuz təyyarələrin gizli hazırlanması layihəsində iştirak etdiyi, məxfi məlumatları İran kəşfiyyatına ötürməyə çalışdıqları deyilir.

WhatsApp Image 2023 08 09 at 13.30.26