Simonyan Papoyanı Türkiyəyə göndərir – SƏBƏB

Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan Türkiyəyə səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı parlamentin spikeri Alen Simonyan sərəncam imzalayıb.

22-24 fevral tarixlərində Türkiyədə Azərbaycan parlamentinin nümayəndələri ilə Ermənistan parlamentinin nümayəndələri arasında görüş keçiriləcəyi iddia edilir.

Qeyd edilir ki, G.Papoyan bu görüşdə və işçi qrupunun iclasında iştirak etmək üçün Türkiyəyə göndərilir.

Ayşən Mustafa
Globalinfo.az