“İstefa”dan sonra bu işlə məşğul olacağam – Araik

Separatçılar növbəti dəfə Araik Arutyunyanın “istefa”sını müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Araik özü danışıb.

“Mənim qalıb-qalmayacağım müzakirə olundu. Bir neçə gün əvvəl “istefa”ya getmək istəyirdim. Sabah bizim daha məhdud tərkibdə iclasımız olacaq. Əgər “istefaya” getməli olduğum qərarı verilsə, bu bazar günündən etibarən milis sıralarında olacağam”, – separatçıların başçısı bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az