Türkiyədə dəhşətli mənzərə: 4 ayda 33 mindən çox zəlzələ

Türkiyədə 2023-cü ilin fevral ayından indiyədək 33 mindən çox zəlzələ olub.

Globalinfo.az Modern.az -a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, fevralın 6-dan mayın 6-dək olan müddətdə Türkiyədə 33 077 zəlzələ qeydə alınıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Təbii fəlakət nəticəsində 50 mindən çox insan həyatını itirib.