1629353257 qarabag

“2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi yadda qaldı. Azərbaycan xalqı müstəqil dövlətimizin ilk Konstitusiyasının 30 illiyini və 44 günlük Vətən müharibəsində böyük zəfərin 5-ci ildönümünü möhtəşəm bayramlarla qeyd etdi. Bu qələbə ordumuzun qəhrəmanlığı, şəhidlərimizin canı və qazilərimizin qanı bahasına əldə olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov deyib.

O vurğulayıb ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərin Böyük Qayıdışı başlandı:

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və 2022–2026-cı illər üçün Sosial-iqtisadi İnkişaf Strategiyası çərçivəsində bu ərazilərə 21,6 milyard manat vəsait ayrılıb. 2026-cı il üçün isə əlavə 3,5 milyard manat nəzərdə tutulub. Bu çərçivədə artıq 15 yaşayış məntəqəsi bərpa olunub, 27 yaşayış məntəqəsində tikinti, 25-də təmir işləri aparılır, 21-nin təməli qoyulub. 38 su elektrik stansiyası, 4 su anbarı və 14 yarımstansiya istifadəyə verilib, 1000 kilometrdən çox yüksəkgərginlikli elektrik xətləri çəkilib.

AğdamCəbrayıl sənaye parklarında 57 müəssisə fəaliyyət göstərir, bölgədə 5 minə yaxın yeni iş yeri yaradılıb. Təhsil və səhiyyə infrastrukturuna ciddi investisiya olunub: 19 məktəb, 7 uşaq bağçası, Qarabağ Universiteti, 18 səhiyyə obyekti istifadəyə verilib. Əhalinin köçü təmin olunub, 36 yaşayış məntəqəsində 26.351 nəfər, Laçın rayonunda isə 973 ailə (3.647 nəfər) köçürülüb”.

r

Rövşən Muradov

Deputat bildirib ki, 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunub, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonalarının inkişafına başlanılıb:

Şuşa şəhərinin tarixi memarlıq siması bərpa olunur, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakı şəhərində keçirilməsi Azərbaycanın şəhərsalma sahəsində artan rolunu göstərir. Laçın rayonunda bərpa-quruculuq işləri sürətlə davam edir. 600 bina və 679 mənzil bərpa edilib, Zabux, Sus və Bəylik kəndləri sakinlərin istifadəsinə verilib. 46 müəssisə fəaliyyət göstərəcək “Laçın Aqro-Sənaye Parkı” yaradılıb. Energetika infrastrukturu yenidən qurulub: SES-lər, su anbarları və yarımstansiyalar işə salınıb.

Turizm və istirahət infrastrukturuna diqqət: “Laçın” İstirahət Kompleksi və 2,9 km uzunluğunda çay kənarı bulvar istifadəyə verilib, 1720 metr uzunluğunda kanat yolu inşa olunur. Böyük Qayıdış sayəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sürətlə bərpa olunur, əhalinin təhlükəsiz və ləyaqətli yaşayışı təmin edilir, iş yerləri yaradılır və iqtisadiyyatın inkişafı üçün dayanıqlı baza formalaşdırılır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: