ankara 11

Türkiyə yeni sülh təşəbbüslərində mühüm rol oynaya və Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş üçün məkan ola bilər.

Globalinfo.az bildirir ki, “RBK-Ukraine” bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqaya istinadən məlumat yayıb.

    “İndi danışıqlar masasına əyləşməyin, diplomatiyadan maksimum istifadə etməyin və bu müharibəyə son qoymağın vaxtıdır”, – Ukrayna XİN başçısı vurğulayıb.

    Nazirin sözlərinə görə, Ukraynanın müharibənin başa çatdırılması ilə bağlı real təklifləri var, ölkə atəşkəsə hazırdır və tərəfdaşların iştirakı ilə diplomatik səyləri dəstəkləyir.

    Sibiqa qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələrinin uğurları Kiyevin danışıqlardakı mövqeyini daha da gücləndirir.(APA)

    Paylaş: