Türkiyənin Muğla vilayətinin Datça mahalında 4,3 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 20:39-da yerin 56,87 kilometr dərinliyində baş verib.
***
Türkiyənin Osmaniyə bölgəsində 4,1 maqnitudada zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Yeraltı təkanın ocağı 5 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ ərtaf ərazilərdə hiss edilsə də, dağıntı və ya tələfat baş verməyib.