WhatsApp Image 2025 11 11 at 16.54.07

Türkiyənin hərbi yük təyyarəsinin Gürcüstanda qəzaya düşməsi ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 275-ci maddəsinin 4-cü bəndi üzrə araşdırma başlayıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən maddə hava nəqliyyatı hərəkətinin və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olma hallarını nəzərdə tutur.

WhatsApp Image 2025 11 11 at 17.43.14 1

***

Hadisə nəticəsində ölənlərin olduğu bildirilir.

***

Azərbaycandan Türkiyəyə uçan C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla bu istiqamətdə axtarış-xilasetmə işləri aparılır.

***16:04

GürcüstanAzərbaycan sərhədi yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

İlkin ehtimala görə, hərbi təyyarə Türkiyəyə məxsusdur.

Bəzi mənbələr uçuş vasitəsinin hərbi helikopter olduğunu yazırlar.

Paylaş: