Kilsə Bakıya qarşı çıxdı: ermənilərə çağırış edildi

Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin yenidən Ermənistan hökumətinə qarşı çıxıb.

Globalinfo.az xəbər verir ki, II Qaregin Ermənistanın təhlükəsizliyinə təhdidin mövcud olduğunu söyləyib. O, ölkənin təhlükəsizliyinə yaranan təhdidlərin yeganə həllinin birgə mübarizə və qətiyyətdən keçdiyini bildirib.

Bununla belə, katalikos erməniləri Qarabağın öz müqəddəratını təyinatı məsələsində dəstəyə və qətiyyətə çağırıb.

Qeyd edək ki, Brüssel görüşündən sonra Erməni Apostol Kilsəsi ilə Paşinyan hökuməti arasında savaş açıq müstəviyə keçib. Katalikos Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı mövqeyini qəbul etmədiyini açıqlayıb.

İlkin Həsənov
Globalinfo.az