yardim

Türkiyə Suriyaya humanitar yardım göndərib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, terrordan xilas edilən Tel-Rıfatda yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.

Qeyd olunub ki, Türkiyə suriyalıların təhlükəsiz və ləyaqətli şəkildə ölkələrinə qayıdışına da kömək edəcək.

Paylaş: