Türkiyə Suriya və İraqdakı hədəfləri vuracaq – Ərdoğan

Türkiyə Suriya və İraqa həlledici zərbə vuracağını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin Ankaradakı iclasından sonra açıqlama verib.

O, Türkiyənin Suriya və İraq ərazilərini vuracağını bildirib.

“Türkiyə yaxın gələcəkdə İraq və Suriyadakı separatçılara həlledici zərbə endirəcək”.

Ərdoğan HƏMAS-ın atəşkəs təklifini qəbul etməsinə də münasibət bildirib. 

Türkiyə lideri bu qərarı alqışlayıb.

“Şadıq ki, HƏMAS bizim təkliflərimizlə atəşkəs razılaşmasını elan etdi. İndi İsrail də eyni addımı atmalıdır. Mən bütün Qərb oyunçularını atəşkəs üçün İsrail administrasiyasına təzyiq göstərməyə çağırıram”, – Ərdoğan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az