1673441543 1662553979 1661142795 1650626783 1635252338 1632997312 5c1f2541cc012

Türkiyənin Nazirlər Kabineti Qərb ölkələrinin konsulluqlarının bağlanması ilə bağlı vəziyyət kontekstində hansı cavab tədbirlərinin görülməsi barədə qərar qəbul edəcək.

Globalinfo.az  APA-ya istinadən xəbər verir ki, bunu bazar günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın şəhərində gənclərlə görüşü zamanı deyib.

“Xarici işlər nazirimiz bundan əvvəl bu ölkələrin bütün səfirlərini çağırmışdı. Onlara ultimatum verildi ki, ya bu cür hərəkətlərini dayandıracaqlar, ya da bu çox baha başa gələcək. Bazar ertəsi Nazirlər Kabinetinin iclasımız var. Biz orada lazımi qərarları verəcəyik”.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Ankaradakı səfirliyinin Türkiyə ərazisində terror aktlarının hazırlandığını elan etməsindən sonra Qərb ölkələrinin İstanbuldakı baş konsulluqları işini dayandırıb.

Paylaş: