İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuğay hakim Ədalət və İnkişaf Partiyasına (AKP) qoşulub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasim zamanı Tuğaya AK Parti rozetini taxıb.
Tədbirdə çıxış edən Ərdoğan İzmir Böyükşəhər Bələdiyyəsinin sədrini partiyaya qəbul etdiklərini bildirib və ona dəstək verəcəklərini vurğulayıb:
“İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuğaya AK Parti ailəsinə xoş gəldin, səfa gətirdin deyirəm. Ona hər sahədə dəstək olacağıq. İzmirin könül bələdiyyəçiliyi ilə tanış olması xeyirli və uğurlu olsun”.
Safura Bənnayeva
Globalinfo.az