Rusiya–Ukrayna müharibəsinə həkim kimi qatılan 58 yaşlı lənkəranlı dron hücumu zamanı öldürülüb.
Globalinfo.az modern.az-a istinadən bildirir ki, Lənkəran rayonunun Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev məşhur “Nənələr” folklor klubunun üzvü Xanımbacı Quliyevanın oğludur.
1936-cı il təvəllüdlü Xanımbacı Quliyeva 27 iyun 2025-ci ildə 89 yaşında vəfat edib.
Mərhum Lənkəran rayonunun Separadi kəndində dəfn olunub.