“Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddəti uzadılıb.
Globalinfo.az bildirir ki, məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha üç ay uzadıb.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.