fazil almemmedov

Nərimanov Tibb Mərkəzinin sabiq direktoru Fazil Alməmmədov yeni vəzifəyə təyin olunub.

Globalinfo.az bildirir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, Fazil Alməmmədov “Leyla Medical Center”in direktoru vəzifəsində çalışır.

Bundan əvvəl Fazil Alməmmədov Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, daha sonra isə Nərimanov Tibb Mərkəzinin direktoru olub.

Qeyd edək ki, O, 22 aprel 2026-cı ildə TƏBİB rəhbərliyinin qərarı ilə tutduğu vəzifədən uzaqlaşdırılıb. Həmin qərarla Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elçin Əmirov da vəzifəsindən azad edilib.

Paylaş: