tramp 1

ABŞ-da aralıq seçkilərində demokratların qələbəsi prezident Donald Trampın İrana qarşı yeni hərbi əməliyyat qərarını çətinləşdirə bilər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Cenevrə Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (GIPRI) katibi və Cenevrə Tətbiqi Elmlər Universitetinin (SWISS UMEF) professoru İşem Lemisi deyib.

“Tramp hərbi gücə əl atmaq istədikdə, Konqresə müraciət etməli olacaq. İndi onun İranla konflikti başlatması olduqca çətin olacaq. Qanunverici hakimiyyəti aşmalı və Konqresin təsdiqi üçün vaxt məhdudiyyətlərindən yararlanmalıdır”, – ekspert bildirib.

Onun sözlərinə görə, əgər Tramp güclü demokrat çoxluğuna malik yeni Konqres çərçivəsində hərbi əməliyyatlar apararsa, bu, prezidentin ABŞ-da mövcud siyasi reallığı aşmaq cəhdi kimi qəbul edilə bilər.

Paylaş: