94086996

Ermənistan Azərbaycandan qaz alacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri Vahe Ovanisyan danışıb.

Artıq planlaşdırmadığımız, proqnozlaşdırmadığımız və ya hesablamadığımız reallıqlar var. Lakin bu reallıqlar Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Məsələn, Azərbaycandan yanacağın idxalı və təbii ki, müəyyən tranzit haqqında danışırıq. Maye qazla bağlı müəyyən təchizat problemləri səbəbindən qiymətlər artıb və maye qazın Azərbaycan ərazisindən idxalına qərarı verilib ki, bu da problemi həll edəcək”, – nazir qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: