tramp putin 9

ABŞ Prezidenti Donald TrampRusiya Prezidenti Vladimir Putin arasında yaxın vaxtlarda hər hansı bir görüş nəzərdə tutulmur. 

Globalinfo.az xəbər verir ki, bu barərə ABŞ dövlət katibi Marko Rubio açıqlama verib.

Rubio qeyd edib ki, heç bir sammit nəzərdə tutulmayıb. Onun sözlərinə görə, iki ölkə liderlərinin bir araya gəlməsi ilə bağlı konkret plan yoxdur və belə bir görüş gündəmdə deyil.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, Vaşinqton Moskva ilə diplomatik əlaqələrin saxlanılmasına və açıq dialoqun davam etməsinə böyük önəm verir.

Turab Turan

Globalinfo.az 

Paylaş: