ŞOK! Rusiyanın parçalanacağı il açıqlandı – Xəritə dəyişir

Bu gün xəritədə gördüyümüz Rusiya 10 il sonra artıq mövcud olmayacaq.

Globalinfo.az xəbər verir ki, bunu “Gürcüstan radiosu”na müsahibəsində Hadson İnstitutunun təhlükəsizlik üzrə eksperti Lyuk Koffi deyib.

“Bu müharibə Rusiyada dəyişikliklərə gətirib çıxara bilər və məncə, bu baş verəcək. Lakin düşünmürəm ki, bu, pozitiv dəyişiklik olsun. Reallıq odur ki, biz Rusiyanın Ukraynadakı məğlubiyyətinin hansı dəyişikliklərlə nəticələnəcəyini bilmirik. Mən Rusiyanın idarəçiliyi nöqteyi-nəzərindən olacaq dəyişiklikləri nəzərdə tuturam. Lakin bir şey aydındır ki, xəritədə gördüyümüz Rusiya artıq 10-15 il sonra mövcud olmayacaq.

Əgər Moskva hərbi məğlubiyyətə düçar olsa, Putin devrilsə, düşünürəm ki, tezliklər Rusiya Federasiyasının süqutunu görəcəyik. Bütün bunları qiyamlar, bəlkə də vətəndaş müharibəsi izləyəcək. Eləcə də Rusiya Federasiyasının subyektləri tərəfindən müstəqillik və öz müqəddəratını təyin etməyə çağırışlar olacaq”, – o bildirib.

Koffi hazırda Ukraynada vuruşan Rusiya qoşunları arasında Şimali Qafqaz xalqlarının nümayəndələrinin qeyri-bərabər şəkildə təmsil olunduğunu və onların bir müddət sonra evlərinə əliboş dönəcəyini bildirib:

“Rusiya ilə situasiyadan asılı olaraq, yəqin ki, bu, çox təhlükəli kombinasiya ola bilər. Əgər Gürcüstanın buraya coğrafi yaxınlığı nəzərə alınarsa, o zaman mən narahat olmağa başlayardım”.

Aqşin
Globalinfo.az