“NATO ABŞ-ın ehtiyacı olduğu zaman yanında olmadı”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Vaşinqtonun yenə eyni tələbatı olarsa, nəticə dəyişməyəcək:
“Qrenlandiyanı xatırlayın, bu, böyük və pis idarə olunan buz parçasıdır”.
Tramp bu açıqlama alyansın baş katibi Mark Rutte ilə görüşündən sonra səsləndirib.
Rutte CNN-də bildirib ki, bəzi Avropa ölkələri ABŞ qarşısında sınaqdan keçmədi və İrana qarşı müharibədə Vaşinqtonu dəstəkləməkdən imtina etdilər. Lakin o vurğulayıb ki, əksər müttəfiqlər öhdəliklərini yerinə yetirib.
Rutte əlavə edib ki, ABŞ liderinin məyusluğunu anlayır.
Safura Bənnayeva
Globalinfo.az