Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun Amerika təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmasından sonra onun ilk fotosunu sosial mediada paylaşıb.
Globalinfo.az xəbər verir ki, paylaşılan şəkildə Nikolas Maduronun boz rəngli Nike idman geyimində olduğu görünür.
Sözügedən geyimin brendin rəsmi saytında 140 dollara (Təxminən 238 manat) satıldığı bildirilir. Həmçinin fotoda Venesuela liderinin gözlərinin işığa davamlı, möhkəm oturan eynəklə örtüldüyü diqqət çəkir.
Tahir Turan
Globalinfo.az