ac554307 2dc4 4848 a7da 539e4f17de52

ABŞ Prezidenti Donald Tramp Kuba ilə münasibətlərin gərginləşdiyi bir vaxtda “Truth Social” sosial şəbəkəsində qeyri-adi paylaşım edib.

Globalinfo.az xəbər verir ki, o, süni intellektlə yaradılmış siqarlı fotosunu paylaşıb.

Şəkildə Trampın fonunda Kuba bayrağı əks olunub, paylaşımda isə “Dünyanın ən yaxşı Kuba siqarları” ifadəsi yer alıb.

Xatırladaq ki, yanvarın 11-də Tramp Kuba ilə bağlı təxribatçı açıqlama verərək, ölkənin uzun illər Venesueladan təhlükəsizlik məqsədilə maliyyə aldığı iddiasını səsləndirmişdi.

Buna cavab olaraq Kuba Prezidenti bildirib ki, Venesuela 66 ildir Kubaya qarşı hücumlar həyata keçirir və ölkəsi özünü sona qədər müdafiə etməyə hazırdır.

Tahir Turan
Globalinfo.az

Paylaş: