Tramp 1 900x506 2

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonda bombalı hücum planlaşdırdığına dair iddialarla bağlı sərt açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Filippinə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Tramp belə bir təhlükənin mövcud olduğu halda Tehranın ağır nəticələrlə üzləşəcəyini bildirib.

“Əgər belə bir vəziyyət varsa, heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcəklər. Biz bunu son dərəcə ciddi qəbul edirik. Onlar həqiqətən də dəlidirlər. Nüvə silahına sahib ola bilməmələrinin səbəbi də budur”, – deyə ABŞ lideri vurğulayıb.

Vaşinqtona qarşı yaxın təhlükənin olub-olmadığı barədə suala cavabında da Tramp, İranın indiyədək görünməmiş bədəllə üzləşəcəyini deyib.

O, Rusiya və İranla bağlı açıqlamasında isə hər ay bu ölkələrdə 25 min insanın həyatını itirdiyini, ötən ay bu rəqəmin 32 minə çatdığını iddia edib.

ABŞ Prezidenti Vladimir Putinlə ayrıca ikitərəfli görüş keçirməyin mümkünlüyünü də istisna etməyib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: