İranın keçmiş Ali Rəhbəri Əli Xamenei və ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işində yeni mərhə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi mətbuat konfransı zamanı danışıb.

Bildirilib ki, Tehran ümumilikdə 159 nəfər barəsində ittiham aktı hazırlayaraq işi məhkəməyə göndərib.

Kazeminin sözlərinə görə, prokurorluğun apardığı araşdırmalar və müvafiq hüquqi prosedurlar başa çatdıqdan sonra hücumlarda iştirakda şübhəli bilinən şəxslərə qarşı rəsmi ittihamlar irəli sürülüb.

İttiham olunanlar arasında 92 ABŞ vətəndaşı və 67 İsrail vətəndaşı var.

Kazemi bildirib ki, hazırlanmış ittiham aktı təsdiqləndikdən sonra cinayət işinin məhkəmə qaydasında araşdırılması üçün İslam İnqilabı Məhkəməsinə təqdim edilib.

Sözçü diqqətə çatdırıb ki, məhkəmə prosesi yalnız Əli Xameneinin öldürülməsi faktı ilə məhdudlaşmır.

Araşdırma çərçivəsində onun ailə üzvlərinin həyatını itirməsi ilə bağlı hallar da hüquqi qiymətləndirməyə cəlb olunacaq.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: