Putin bu sazişdən çıxmaq üçün hazırlıqlara başladı

Rusiya Prezidenti Vladimir Putin Avropada Adi Silahlar Müqaviləsinin denonsasiyası üçün hazırlıqlara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Putin sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısı artıq Rusiya parlamentinin yuxarı və aşağı palatalarında bu məsələnin müzakirəsi üçün öz nümayəndəsini təyin edib.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov Putini Dövlət Dumasında və Federasiya Şurasında təmsil edəcək.